Bizim səhifəyə Xoş
gəlmisiniz!
Azərbaycan Dövlət İqtisad Universitetinin,
Distant və əlavə təhsil mərkəzi axsam
təhsili ilə yanasi 2001-ci ildən Respublikada
ilk dəfə olaraq Distant (məsafədən)
yolu ilə mütəxəssislərin yenidənhazırlanmasını
həyata kecirir.
Inkişaf etmiş ölkələrdə
tədrisin ən yeni təşkilati formalarından
olan Distant təhsilin özəllikləri nədən
ibarətdir?
Distant
təhsil öyrədən və öyrənən
arasinda əlaqəni telekommunikasiya və
komputer səbəkələri vasitəsi
ilə operativ, muntəzəm dialoq, əks
əlaqə əsasinda, uzaq məsafədən
həyata kecirilən təhsil formasıdır.
Distant təhsilin xarakterik xususiyyətlərinə
həmcinin ceviklik, modulluluq, iqtisadi səmərəlilik,
muəllimin yeni rolu, təhsilin keyfiyyətinə
xüsusi nəzarət, təlimin xüsusiləsdirilmis
vasitə və texnoloqiyalarindan istifadə
və s. məsələlər aiddir.
Distant
təhsildə informasiyalar öyrənənlərə
cap materiallari, elektron materiallar, elektron dərslik, televerlişlər və s. formalarda
təqdim edilir.
Bu tədris informasiyalarinin kitablar,
disklər, audio-video kassetlər kimi dasiyicilari
vardir.
Distant təhsildə tədris
metodik kompleksdən, komputer, televizor, audio-video
maqnitofon, multimedia texnikasi və s. kimi təlim
vasitələrindən istifadə olunur.
Təhsilin Distant forması müəyyən səbəbələr üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır.
Distant təhsil ənənəvi təhsil formalarina nisbətən oyrənənlərin mustəqilliyini, fəalligini, suurlugunu, yaradiciligini optimal inkisaf etdirir.
Hal-hazırda mərkəzdə
"Maliyyə və kredit", "Beynəlxalq
iqtisadi münasibətlər" və "Maliyyə
isi" (orta ixtisas təhsili bazasinda) ixtisasları
üzrə Nazirlər Kabineti, Xarici Islər
Nazirliyi, Maliyyə Nazirliyi, Iqtisadi Inkisaf
Nazirliyi, Beynəlxalq Bank, Milli Bank, Kapital
Bank, Bank Standart, Texnika Bank, Rabitə Bank,
Bank of Baku və iqtisadi yonumlu firma və
ofislərin əmkdaslari Distant yolu uzrə
təhsil alirlar.
|